Ukraynanın Baş Naziri iş yerində “samokat” sürdü - Video

ukraynanin-bas-naziri-is-yerinde-samokat-surdu
Oxunma sayı: 3842

Ukraynanın yeni Baş Naziri Aleksey Qonçaruk Nazirlər Kabinetinin dəhlizində elektrosamokat sürüb.

“Qafqazinfo” xəbər verir ki, Baş Nazir “samokat”ı sürərək 1 sentyabr – Bilik günü müasibətilə şagirdlərə müraciət edib: “Salam, dostlar. Bu gün 1 sentyabr – Bilik günüdür. Sabah siz məktəbə gedəcəksiniz. Mən isə Nazirlər Kabinetinə gedəcəm”.

Qeyd edək ki, 35 yaşlı Qonçaruk ölkə tarixində ən gənc Baş Nazirdir.