Ukraynanın beş bölgəsi işıqsız qaldı

ukraynanin-bes-bolgesi-isiqsiz-qaldi
Oxunma sayı: 2919

Enerji infrastrukturunun zədələnməsi səbəbindən Ukraynanın beş bölgəsi qismən işıqsız qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynanın Kiyev, Sumı, Çerniqov, Xarkov və Dnepropetrovsk vilayətlərində enerji sistemi obyektlərində baş vermiş qəzalar səbəbindən enerji təchizatı qismən kəsilib.