Ukraynanın daha bir naziri istefaya göndərildi

ukraynanin-daha-bir-naziri-istefaya-gonderildi
Oxunma sayı: 1682

Ukrayna Ali Radası səhiyyə naziri Maksim Stepanovu da vəzifədən kənarlaşdırıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar 291 deputatın səsverməsi nəticəsində qəbul edilib.

Qeyd edək ki, müxalifət Stepanovu koronavirus pandemiyası dövründə və COVİD-19-la bağlı vaksinasiya prosesi zamanı təsirli şəkildə fəaliyyət göstərə bilmədiyi üçün istefaya çağırırdı.