Ukraynanın dövlət borcu açıqlandı

ukraynanin-dovlet-borcu-aciqlandi
Oxunma sayı: 3431

Ukraynanın dövlət və dövlət zəmanətli borcu aprelin sonunda 151,5 milyard dollar təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Daniel Qetmantsev teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, aprel ayında Ukraynanın dövlət borcunun həcmi 1,5% artıb.

“Aylıq artım daxili bazarda borclanma və “Ukrayna Facility” proqramı çərçivəsində Avropa İttifaqından 1,5 milyard avro tranşın alınması ilə bağlıdır”, - deputat yazıb.