Ukraynanın Əməkdar artisti Kiyev atəşə tutularkən həlak olub

ukraynanin-emekdar-artisti-kiyev-atese-tutularken-helak-olub
Oxunma sayı: 2578

Tanınmış ukraynalı aktrisa, Ukraynanın Əməkdar artisti Oksana Şvets Kiyevdə raket zərbələri nəticəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, onun ölümü barədə Şvetsin işlədiyi Gənclər Teatrının rəsmi feysbuk səhifəsində məlumat verilib. 

Şvets həmin gecə paytaxtın Darnitsa rayonunun rus hərbçiləri tərəfindən atəşə tutulması zamanı həlak olub.

Bildirilir ki, Əməkdar artistin oğlu Aleksandr raket zərbələri nəticəsində dünyasını dəyişib.