Ukraynanın hər yerində həyəcan siqnalı verildi

ukraynanin-her-yerinde-heyecan-siqnali-verildi
Oxunma sayı: 2056

Ukraynanın bütün ərazisində hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk sirenlər saat 08:13-də çalmağa başlayıb və iki dəqiqə ərzində bütün bölgələri əhatə edib.