Ukraynanın ilk prezidenti Leonid Kravçuk 88 yaşında vəfat edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezidentin ailə üzvləri onun ölümünü təsdiqləyiblər.
2021-ci ilin iyun ayının sonunda onun ağır ürək əməliyyatı keçirdiyi bildirilib.
Qeyd edək ki, Leonid Kravçuk 1991-1994-cü illərdə Ukrayna Prezidenti olub.
Son xəbərlər
Son Xəbərlər