Ukraynanın infrastruktur naziri istefa verdi

ukraynanin-infrastruktur-naziri-istefa-verdi
Oxunma sayı: 1444

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk teleqram kanalında məlumat yayıb.

“Ukrayna Ali Radasına Aleksandr Nikolayeviç Kubrakovun Ukraynanın infrastruktur naziri vəzifəsindən azad edilməsi ilə bağlı ərizəsi daxil olub. Əvvəlcə onun işdən çıxarılmasına səs vermək lazımdır. Sonra həmin gün koalisiya Kubrakovun Baş nazir müavini təyin edilməsi və iki nazirliyin (İnfrastruktur və Regional Siyasət Nazirliklərinin) birləşdirilməsi ilə bağlı qətnamə təqdim edəcək”, - məlumatda qeyd olunub.

Taras Melnıçuk bunun bu həftə baş verəcəyini vurğulayıb.