Ukraynada hərbi münaqişə zamanı ümumilikdə 124 500 – 131 000 hərbçi həlak olub və yaxud yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ kəşfiyyatının internetə sızan məlumatlarına istinadən “Reuters” agentliyi yayıb.
Məlumata görə, həmin şəxslərdən 15 500 – 17 500 nəfəri döyüşlərdə həlak olub, 109 000 – 113 500 nəfər isə yaralanıb.
Sənədlərdə, həmçinin münaqişənin 2023-cü ildən sonra da davam edə biləcəyi vurğulanır.
Son xəbərlər
Son Xəbərlər