Ukraynanın keçmiş milli bankirini Londonda maşın vurdu

ukraynanin-kecmis-milli-bankirini-londonda-masin-vurdu
Oxunma sayı: 1569

Ukrayna Milli Bankının keçmiş rəhbəri Valeriya Qontarevanı Londonda maşın vurub.

“Qafqazinfo” Rusiya KİV-nə isitnadən xəbər verir ki, qəza nəticəsində bankirin pəncə sümükləri sınıb. Artıq əməliyyat olunan Qontareva növbəti əməliyyata hazırlaşır.

Qeyd edək ki, Valeriya Qontareva 2018-ci ildən Londonda yaşayır. O, London institutlarının birində iqtisadiyyatdan dərs keçir.