Ukraynanın müdafiə naziri yenidən koronavirusa yoluxdu

ukraynanin-mudafie-naziri-yeniden-koronavirusa-yoluxdu
Oxunma sayı: 921

Ukraynanın müdafiə naziri Aleksey Reznikov koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb. 

“Özümü yaxşı hiss edirəm, təcrid olunmuşam, ancaq iş rejimindəyəm. Demək olar ki, pandemiyadan iki il sonra... Müasir rabitə əlaqələri sayəsində fasiləsiz iş rejimindəyəm”, - deyə nazir qeyd edib. 

O əlavə edib ki, erkən peyvənd sayəsində yeni bir ştamla yoluxma “birinci dalğa zamanı olduğundan daha dözümlüdür”.

Qeyd edək ki, Reznikov Ukraynanın keçmiş baş nazirinin müavini olarkən koronavirusa ilk dəfə 11 noyabr 2020-ci ildə yoluxub.