Ukraynanın müxtəlif ölkələrdəki 60-dan çox diplomatik qurumu inzibati binalarına bomba qoyulması ilə bağlı məlumat alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.
“Oktyabrın 14-də Ukraynanın xaricdəki 60-dan çox diplomatik qurumuna binalara bomba qoyulması ilə bağlı anonim məktublar daxil olub”, - məlumatda qeyd olunub.
O da bildirilib ki, bəzi hallarda diplomatik qurumlar araşdırmalar səbəbilə konsulluq xidmətlərini dayandırmalı olublar.