“Ukraynanın NATO üzvü olacağı barədə razılığa gəlinib”

ukraynanin-nato-uzvu-olacagi-barede-raziliga-gelinib
Oxunma sayı: 2245

“Ukrayna uzunmüddətli dövrdə NATO-nun üzvü olacaq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“NATO müttəfiqləri Ukraynanın alyansın üzvü olacağı barədə razılığa gəliblər, lakin bu, həm də uzunmüddətli hadisədir”.

Stoltenberq vurğulayıb ki, aktual məsələ Ukraynanın Rusiya işğalı qarşısında müstəqil dövlət kimi qalmasıdır.