“ABŞ Prezidenti Co Bayden administrasiyası hesab edir ki, NATO-nun qapıları yeni üzvlər üçün açıq olmalıdır”.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir kİ, bunu Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer Ukraynanın alyansa qoşulma imkanı ilə bağlı sualı cavablandırarkan deyib:
“Bayden administrasiyası öhdəlikləri yerinə yetirdikdə və Avroatlantik təhlükəsizliyin artırılmasına töhfə verdikdə alyansa qoşulmaq istəyənlər üçün NATO qapılarının açıq qalması prinsipinə sadiqdir”.
Jan-Pyer ABŞ-ın Ukraynanın Şimali Atlantika İttifaqına qoşulmaq istəyini dəstəklədiyini də bildirib.
Son xəbərlər
Son Xəbərlər