“Ukraynanın NATO-ya üzvlüyü 4 ölkədən asılıdır”

ukraynanin-nato-ya-uzvluyu-4-olkeden-asilidir
Oxunma sayı: 3825

“Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar alyansa üzv olan dörd ölkədən asılıdır və onlardan biri “xüsusilə böyük və önəmlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin “1+1” nəşrinə müsahibəsində deyib.

Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, adı çəkilən 4 ölkədən biri Ukraynanın üzvlük məsələsində “tərəddüd etməyə başlayıb”.

Qeyd edək ki, “Le Monde” nəşri daha əvvəl NATO ölkələri arasında ABŞ-nin Ukraynanın alyansa daxil olmasına “ən düşmən” münasibət bəslədiyini yazıb.