Ukraynanın Nikolayev şəhəri bombalandı - 2 yaralı + Video

ukraynanin-nikolayev-seheri-bombalandi
Oxunma sayı: 1955

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə raket zərbələri endirib.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitaliy Kim açıqlayıb.

Məlumata görə, şəhərdə 10-dan çox güclü partlayış səsi eşidilib. 

Bununla yanaşı, Kimin sözlərinə görə, raketlərdən biri Nikolayev universitetinə düşüb. O, öz tviter hesabında universitetin vurulma anını əks etdirən görüntülər də paylaşıb. 

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.