Ukraynanın Prezident ofisinin rəhbəri istefa verib

ukraynanin-prezident-ofisinin-rehberi-istefa-verib
Oxunma sayı: 1041

Ukraynanın Prezident ofisinin rəhbəri Andrey Boqdan istefa verib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Ukrainskaya pravda” nəşri yazıb. Bildirilir ki, Boqdan artıq istefa ərizəsini Prezident Vladimir Zelenskiyə təqdim edib.

Andrey Boqdanın istefa məsələsini müavinləri ilə müzakirə etdiyi, ancaq bunun səbəblərinin açıqlanmadığı deyilir.

Qeyd edək ki, daha əvvəl Boqdanla Prezident köməkçisi Andrey Yermakov arasında qarşılıqlı düşmənçilik və rəqabət olduğu bildirilirdi.