Ukraynanın şərqindəki vəziyyətlə bağlı ATƏT sədrindən - Açıqlama

ukraynanin-serqindeki-veziyyetle-bagli-atet-sedrinden
Oxunma sayı: 2139

“Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti daha da gərginləşdirmək üçün bəhanə yaratmaq cəhdləri ilə bağlı narahatedici xəbərlər alırıq”. 

Qafqazinfo” xəbər verir ki, bunu Tvitter səhifəsində ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde yazıb. 

“Ukraynadakı bütün insanların – istər Kiyevdə, istərsə də, Donetsk və Luqanskda olsun, təhlükəsizliyi və hüquqları ən yaxşı şəkildə diplomatiya və dialoqla təmin edilir”, - deyə Linde bildirib.