Dünən Almaniya kansleri Angela Merkel, Fransa və Rusiya prezidentləri arasında 5 saat davam edən və müzakirə mövzusu mətbuatdan gizli saxlanılan görüşün bəzi detalları məlum olub.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Ukraynanın taleyinin həll olunduğu görüşlə bağlı rəsmi bəyanat verilməsə də liderlərin Ukraynanın şərqindəki münaqişənin nizama salınması istiqamətindəki ötən ilin sentyabrında Minskdə əldə edilən razılaşmanı tamamlamaqdır.
Olland və Merkel sussa da Almaniya və Fransa XİN-i rəsmi açıqlamasında görüş iştirakçılarının danışıqlar atmosferini məzmunlu olaraq dəyərləndirdiklərini bəyan edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bildirib ki, üçtərəfli görüşün nəticəsinə sabah, telefon danışıqları ilə yekun vurulacaq. Videokonfrans şəklində baş tutacaq görüşə Ukrayna prezidenti Petro Poroşenko da qoşulacaq.
Peskovun sözlərinə görə, söhbət Minsk razılaşmasının icrası ilə bağlı sənədlərin hazırlanmasından gedir. Almaniya hökumətinin rəsmisi Şteffan Zaybert isə bildirib ki, görüş iştirakçıları vahid fikrə gələ biliblər və indi ancaq Minsk sazişinin reallaşması üçün birgə sənəd üzərində iş görülməsi lazımdır.
Qeyd edək ki, Putin, Olland və Merkelin iştirakı ilə baş tutan üçtərəfli görüş nümayəndə heyəti və hər hansı ekspertin iştirakı olmadan baş tutub.
Son xəbərlər
Son Xəbərlər