Ukraynanın xalq artisti Bakıya gəlir

ukraynanin-xalq-artisti-bakiya-gelir
Oxunma sayı: 963

Ukraynanın xalq artisti Andrey Romanenko gənc vokalçımız Çinarə Şirinlə birlikdə “Karmen” operasının tamaşasında çıxış edəcəklər.

"Qafqazinfo"nun məlumatına görə, mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcəkdir.

Klassik opera sənətinin nadir incilərindən biri olan bu operanı bakılı sənətsevərlər də çox sevir və hər dəfə fərqli ifalarda həvəslə dinləyirlər.

Mayın 1-də baş tutacaq tamaşada Xoze partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Andrey Romanenkonu dəvət etmişdir. Karmen rolunda isə istedadlı gənc vokalçı Çinarə Şirin çıxış edəcəkdir.

Tamaşada həmçinin Teatrımızın bir sıra solistləri - Xalq artisti Əli Əsgərov (Suniqo), Əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Anton Ferştandt (Eskamilio) və b. çıxış edəcəklər.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.