Ukraynanın XİN rəhbəri Türkiyəyə təşəkkür etdi

ukraynanin-xin-rehberi-turkiyeye-tesekkur-etdi
Oxunma sayı: 2837

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Krım və Donbasdakı son vəziyyətlə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, XİN rəhbəri problemin həlli barədə istəklərinin dəyişmədiyini qeyd edib: “Yalnız bir həll yolu var, o da sadədir- Ukraynanın suverenliyinin bərpası”.

Kuleba Ukraynanın ərazi bütövlüyü və suverenliyinə davamlı olaraq dəstək verən Türkiyəyə təşəkkürünü bildirib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenskinin bir çox məsələlərdə, eyni zamanda Krım tatarlarının taleyi ilə bağlı səylərini yüksək qiymətləndirirəm”. 

Donbas böhranının həlli ilə bağlı Üçlü Təmas Qrupundakı danışıqların asan olmadığını qeyd edən Kuleba Ukraynanın bu barədə konstruktiv addımlar təklif etdiyini, ancaq Rusiya tərəfindən eyni münasibət görmədiklərini düşünür:

“Ancaq bu, təslim olmaq demək deyil. Davam etməliyik, çünki həqiqət, qanun və Türkiyə kimi tərəfdaş bizim yanımızdadır. Problemin həllinə müvəffəq olacağımıza şübhə etmirəm”.