Ukraynanın yeni “Avroviziya” təmsilçisi bəlli oldu - Video

ukraynanin-yeni-avroviziya-temsilcisi-belli-oldu
Oxunma sayı: 1102

Alina Paşın Turində keçiriləcək “Avroviziya-2022”də iştirakından imtina etməsindən sonra Ukrayna yayımçısı ölkənin yeni təmsilçisinin adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukraynanı “Avroviziya-2022”də “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə təmsil edəcək. Bu barədə kollektiv instaqramdakı rəsmi səhifəsində bildirib.

Qrup Ukraynanı müsabiqədə uğura aparmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2022”də Nadir Rüstəmli təmsil edəcək. Onun ifa edəcəyi mahnı martın ortalarında təqdim olunacaq. Məlumdur ki, Azərbaycan mayın 12-də keçiriləcək yarımfinalın birinci hissəsində çıxış edəcək.