Ukraynaya 4 milyard avroluq yardım paketini təsdiqlədilər

ukraynaya-4-milyard-avroluq-yardim-paketini-tesdiqlediler
Oxunma sayı: 2324

Avropa Komissiyası Ukraynaya təxminən 4,2 milyard avro dəyərindəki transferini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “X”də paylaşım edib.

“Bu gün Avropa Komissiyası Ukrayna Mexanizmi çərçivəsində Ukraynaya təxminən 4,2 milyard avro tranşın buraxılmasını təsdiqləyir”, - Komissiya rəhbəri qeyd edib.

O bildirib ki, Avropa İttifaqı Ukraynanın azadlıq mübarizəsini və bloka üzvlük yolundakı mübarizəsini dəstəkləməyə davam edir.