Ukraynaya altı radar sistemi təhvil verəcəklər

ukraynaya-alti-radar-sistemi-tehvil-verecekler
Oxunma sayı: 1659

Sensor sistemlərinin istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Hensoldt” şirkəti hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Ukraynaya altı TRML-4D radar sistemi göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, radarlar 2024-cü ildə 100 milyon avrodan çox olan paketin bir hissəsi kimi Kiyevə çatdırılacaq.