Türkiyə Xarici İşlər Nazirliyi Rusiya-Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı bəyanat yayıb.
“Qafqazinfo” xəbər verir ki, bəyanat qurumun rəsmi saytında yerləşdirilib.
“Ukraynada müharibə artıq ikinci ildir davam edir, Ukraynaya dağıdıcı təsir artır və onun regional və qlobal səviyyədə mənfi nəticələri ağırlaşır. İnanırıq ki, zaman keçdikcə diplomatik prosesi aktivləşdirməyə imkan verən şərait yaranacaq. Bunu başa düşərək tərəflərə lazımi təkliflərlə müraciət etməyə davam edirik”, - bəyanatda deyilir.
XİN əlavə edib ki, Türkiyə Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin ədalətli və daimi həllinə nail olmaq üçün səylərini davam etdirəcək.