Ukraynaya hərbi təlimatçıların göndərilməsinə qarşı çıxdı

ukraynaya-herbi-telimatcilarin-gonderilmesine-qarsi-cixdi
Oxunma sayı: 1411

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya hərbi təlimatçıların göndərilməsinə qarşı çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, Ukrayna ərazisində işləməyin üstünlüyünün nə olacağını heç kim ona izah edə bilməyib.

Pistorius qeyd edib ki, gözlənilən effekt görülməli olan risk və səylə uyğun gəlmir.

“Bu, bizim üçün seçim deyil”, - nazir vurğulayıb.