Ukraynaya qalib gəldik

ukraynaya-qalib-geldik
Oxunma sayı: 927

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turniri çərçivəsində ilk oyununa çıxıb.

“Qafqazinfo”nun məlumatına görə, Ukraynanın U-21 yığması ilə qarşılaşan millimiz matçın 49-cu dəqiqəsində qapısında qol görüb. 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Namiq Ələsgərov hesaba tarazlıq gətirib.

88-ci dəqiqədə isə N.Ələsgərov komandamıza qələbə gətirən qolu vurub - 2:1.

Qeyd edək ki, millimiz turnirdə Səudiyyə Ərəbistanı, Albaniya və Bəhreyn yığmaları ilə də qarşlaşacaq.