Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərinə raket zərbələri endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Kramatorskda yaşayış binasına raket zərbəsi nəticəsində dinc sakinlər dağıntılar altında qalaraq həlak olub: “Hazırda 2 nəfərin ölməsi və 8 yaralnın olması barədə məlumat var. Belə faciələrin yenidən olma ehtimalını sıfıra endirmək üçün bunun öhdəsindən gəlməli olan bir ölkə düşünün...”
Ukrayna Prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
“Bu, tarixin təkrarı deyil, bu, ölkəmizin gündəlik reallığıdır. Şərlə həmsərhəd olan ölkənin etdikləridir”, - Zelenski əlavə edib.
O bildirib ki, hazırda insanların müvəqqəti köçürülməsi və dağıntıların təmizlənməsi işləri aparılır.


Son xəbərlər
Son Xəbərlər