“Ukraynaya verməyə raketimiz yoxdur”

ukraynaya-vermeye-raketimiz-yoxdur
Oxunma sayı: 4304

“Qərb və NATO hava hücumundan müdafiə zonasına məhəl qoymur, buna görə də Kiyevə kömək etmək üçün kifayət qədər hava hücumundan müdafiə raketlərimiz yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Fransa Hərbi Hava Qüvvələrinin istefada olan generalı Patrik Dütartr bildirib:

“Rusiya raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək çoxlu hücumlar həyata keçirir. Bütün bunların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması lazımdır.

Lakin problem ondadır ki, biz Avropa və hətta NATO olaraq indiyə qədər hava hücumundan müdafiəni nəzərə almamışıq”.

General avropalıların uzun illər davam edən sülh səbəbiylə öz hava hücumundan müdafiə sistemini inkişaf etdirmədiklərini qeyd edib.

O, yalnız nüvə silahlarının qarşısının alınmasına diqqət yetirildiyini bildirib:

“Raketlər təkcə Ukraynada deyil, bütün Avropada və NATO ölkələrində yoxdur”.