“Ukraynaya yardımı davam etdirəcəyimizə zəmanət vermək mümkün deyil”

ukraynaya-yardimi-davam-etdireceyimize-zemanet-vermek-mumkun-deyil
Oxunma sayı: 1499

“NATO-nun gələcəkdə Ukraynaya dəstəyini davam etdirəcəyinə zəmanət vermək mümkün deyil, lakin bu, alyansın maraqlarına cavab verir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Osloda çıxışı zamanı deyib.

“32 demokratik dövlətin adından danışanda heç kim heç nəyə zəmanət verə bilməz. Bununla belə, mən əminəm ki, dəstək davam edəcək”, - NATO nümayəndəsi bildirib.

Stoltenberqin fikrincə, Ukrayna münaqişəsinin nəticəsi Qərbin Kiyevə yardımını davam etdirib-etməyəcəyindən asılıdır.