Ulduz futbolçu ilə azarkeşlər arasında qalmaqal - Video

ulduz-futbolcu-ile-azarkesler-arasinda-qalmaqal
Oxunma sayı: 1495

“Mançester Yunayted”in ulduz oyunçusu Pol Poqba ilə azarkeşlər arasında mübahisə düşüb.

“Qafqazinfo” xəbər verir ki, “qırmızı şeytanlar”ın “Vest Hem”ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fransalı yarımmüdafiəçi rəqib tərəfdarları təhqir edib. 

Azarkeşlər də Poqbaya cavab verib. Mübahisənin böyüməsinin qarşısını isə “MançesterYunayted”in sabiq futbolçusu Maykl Karrik alıb. O, fransalını qolundan tutaraq soyunub-geyinmə otağına aparıb və ona “bu lənətə gəlmiş ağzını” bağla deyərək aranı sakitləşdirib.