Ulduz futbolçu korrupsiyada ittiham olunur

ulduz-futbolcu-korrupsiyada-ittiham-olunur
Oxunma sayı: 1736

İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti Luis Rubiales və “Barselona” klubunun futbolçusu Jerar Pike korrupsiyada ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, onlar İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkilinə görə günahlandırılır. 

Bildirilib ki, Pike və Rubiales 4 komandanın iştirak etdiyi turnirin adıçəkilən ölkədə təşkili üçün 24 milyon avro pul alıblar. Onun 6 milyonu “Barselona”nın futbolçusuna çatıb.