Ulduz futbolçu mətbuat katibini itələdiyi üçün cərimələndi

ulduz-futbolcu-metbuat-katibini-itelediyi-ucun-cerimelendi
Oxunma sayı: 1552

“Yuventus”un futbolçusu Leonardo Bonnuççi cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, italyan müdafiəçi “İnter”ə qarşı keçirdikləri superkubok matçından sonra rəqib komandanın mətbuat katibi Kristian Motsilyonu itələdiyi üçün 10 min avro məbləğində cərimə olunub. 

“Yuventus” İtaliya superkubokunda “İnter”ə 1:2 hesabıyla uduzub.