Ulduz futbolçu Qurban Qurbanova təşəkkür etdi

ulduz-futbolcu-qurban-qurbanova-tesekkur-etdi
Oxunma sayı: 7313

Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ” üzərində qələbə qazanan “Marsel”in ulduz futbolçusu Mateo Gounduzi mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, o, qarşılaşmadan danışıb. 

Futbolçu, Qurban Qurbanovun etdiyi jestdən söz açıb:

“Hamı gördü ki, top futbolçunun əlinə dəydi. Lakin hakim epizodu görmədi. “Qarabağ”ın futbolçuları ilə mübahisə də etdik. Sonda baş məşqçi Qurban Qurbanov və kapitan Maksim Medvedev bunu qəbul etdi. Qurban Qurbanova da, Maksik Medvedevə də çox təşəkkür edirəm”.

Elsevər Məmmədov