“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold karyerasını İspaniyada davam etdirə bilər.
“Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, “Real Madrid” klubu onun xidmətində maraqlıdır.
Bildirilib ki, futbolçu özü də Madrid təmsilçisinə keçməyə razıdır.
Qeyd edək ki, onun hazırki klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir. Ötən mövsüm müdafiəçi klubun heyətində 37 oyunda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.