Ulduz futbolçu saxlanıldı - 5 il həbs gözlənilir

ulduz-futbolcu-saxlanildi
Oxunma sayı: 815

"Real Madrid”in xorvatiyalı ulduzu Luka Modriçə yalançı şahidlik etmək iddiası ilə cinayət işi açılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Dinamo Zaqreb” prezidenti Zdravko Mamiç və onun qardaşı Zoran Mamiçin transferlərdən əldə edilən 15 milyon avronu ələ keçirməsi haqqında aparılan məhkəmə prosesində şahid kimi ifadə verib.

Bundan başqa, Mamiç qardaşlarının 1,6 milyon avro məbləğində vergi borcunun olduğu da bildirilir.

Məhkəmədə Modriçin yalan ifadə verdiyi sübut edilərsə onu 5 il həbs cəzası gözləyir.

Qeyd edək ki, Modriç 2008-ci ildə “Dinamo Zaqreb”dən “Totenhem”ə transfer olmuşdu. Ulduz futbolçu 2012-ci ildən “Real Madrid” forması geyinir.