Ulduz futbolçunu küsdürdülər- - Fotolar

ulduz-futbolcunu-kusdurduler-
Oxunma sayı: 1243


“Qafqazinfo” xəbər verir ki, Cim Bom-un 1-0 hesabı ilə qalib gəldiyi matçda bir-birindən maraqlı hadisələr yaşanıb. Oyunun sonlarına yaxın “Qalatasaray”ın kapitanı Selçuk İnan azarkeş təzyiqinə tab gətirməyərək meydanı tərk edib. Görüş ərzində, bir epizodda zədələnən Selçuk azarkeşlər tərəfindən fitə basılıb. 

Başqa bir epizodda isə baş məşqçi Roberto Mançini Selçuka komanda yoldaşlarına pas vermədiyi üçün acıqlanıb və sərt reaksiya göstərib. Bütün bunlardan cana gələn ulduz futbolçu meydanın kənarına yaxınlaşıb və formasını çıxararaq oyunu tərk etmək istəyib. Lakin Mançini və məşqçilər korpusu Selçuku fikrindən döndərməyə çalışıblar. Kapitanlıq sarğısını yerə atan İnan meydandan çıxaraq birbaş paltardəyişmə otağına yollanıb. 


İqbal