Ulduz futbolçunun evi qarət olundu

ulduz-futbolcunun-evi-qaret-olundu
Oxunma sayı: 2210

“Real”ın ulduz futbolçusu Kərim Benzemanın evi qarət olunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Madrid klubunun “Elçe”yə qarşı keçirdiyi oyun zamanı baş verib. 

Həmin vaxt evdə heç kim olmayıb. Soyğunçular evdən qızıl-zinət əşyalarını və pul oğurlayıblar. 

Hadisə ilə bağlı İspaniya polisi araşdırmalara başlayıb.