Son illər futbolun parlayan ulduzu olan Erlinq Holann oyunu ilə yanaşı geyim tərzi ilə də diqqət çəkir. “Qafqazinfo” xəbər verir ki, Norveçli forvardın son paylaşdığı fotoda geyim tərzi böyük müzakirələrə səbəb olub.
Bundan öncə də belə fotolar paylaşan “Mançester Siti”nin hücumçusu bu dəfə daha çox diqqət cəlb edə bilib. Avropa mediası 22 yaşlı futbolçunun yay tətili zamanı xüsusi geyimlərə diqqət ayırdığını yazır.
Erlinq Holann bir neçə gün öncə isə məşhur xorvatiyalı model İvana Knolla İspaniyanın İbiza adasında istirahət edərkən çəkdirdiyi foto ilə gündəmə düşmüşdü.






Son xəbərlər
Son Xəbərlər