İngiltərənin "Arsenal" klubunun və Qabon millisinin futbolçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qabonun Futbol Federasiyası yayıb.
Bildirilir ki, buna səbəb Obameyanqın yanvarın 6-sı koronavirusa yoluxması olub. 32 yaşlı ulduz kapitan Afrika Futbol Konfederasiyasının qərarı ilə Afrika Millətlər Kubokunun ikinci turunda iştirak etməyib.
Qeyd edək ki, Obameyanq 2018-ci ildən “Arsenal”da oynayır. Bununla yanaşı, o Qabon millisinin tərkibində 72 oyun keçirib, 30 qol vurub.
Son xəbərlər
Son Xəbərlər