Ulduz həyatından bezib özlərinə yeni məşğuliyyət tapan məşhurlar - Fotolar

Ulduz həyatından bezib özlərinə yeni məşğuliyyət tapan məşhurlar
Oxunma sayı: 4776

Hollivud ulduzlarının şöhrət və qonorarları bütün dünyada yaşayan insanların ağlını başından alır. Amma ulduzların özləri heç də həmişə qazandıqları uğurdan razı qalmır. Onların bəziləri səs-küydən uzaq həyat seçib yeni nələrsə öyrənirlər.

“Qafqazinfo” xarici mətbuata istinadən ulduz həyatından bezib özünə başqa məşğuliyyət tapan 14 məşhuru təqdim edir:

Kameron Dias

Aktrisa debütünü 1994-cü ildə əfsanəvi “Maska” filmində edib. Bu film ona ani məşhurluq və sevgi gətirib. Lakin illərlə davam edən daimi çəkiliş və qastrollar Kameronu yorub və o, 2017-ci ildə kinodan getdiyini açıqlayıb. Həmin vaxtdan Dias kitab yazır, vaxtını ailəsinə həsr edir.

Censen Ekls

Məşhur “Fövqəltəbii” (“Supernatural”) serialının ulduzu tammetrajlı filmlərdə çəkilməyə tələsmir. Ona görə ki, aktyor çoxdan özünə biznes qurub. O, “Family Business Beer Co”nun sahibidir.

Şahzadə Freddi

90-cı illərdə qızların ağlını başından alan aktyor artıq bir neçə ildir kinoya çəkilmir. O, özünü tamamilə kulinariyaya həsr edib və reseptlər kitabı buraxıb.

Sara Mişel Qellar

Aktrisa 15 ildən çoxdur ki, Şahzadə Freddi ilə ailəlidir, ona görə də təəccüblü deyil ki, o, həyat yoldaşı ilə onun sevimli məşğuliyyətini bölüşür. Sara nadir hallarda böyük ekranda epizodlarda görünür, qalan vaxtını isə kulinariyaya həsr edir. O da, həmçinin, reseptlər kitabı buraxıb və bişirmə qabları istehsal edən kompaniya yaradıb.

Kevin Conas

Conas qardaşlarından biri 2013-cü ildə qrupun dağılmasından sonra şou-biznesi tərk edib və daşınmaz əmlak işi ilə, daha sonra isə mobil əlavələrin hazırlanması ilə məşğul olub. Əlqərəz, bu il qrup bir araya gəlib və Kevin yenidən səhnədə parlayır.

Cek Nikolson

Kino əfsanəsi də həyat tərzini dəyişib: o, layiq olduğu istirarəhət yollanıb və 2010-cu ildən kinoya çəkilmir. Lakin Nikolson təqaüdçü adlandırılmasını sevmir. İndi aktyor XX əsrin müasir şəkillərinin kolleksiyasını yığmaqla məşğuldur.

Alisiya Silverstoun

Aktrisa 20 il əvvəl populyarlığının pik nöqtəsində idi. İndi aktrisa kinoya çəkilmir. Onun son işi 2017-ci ildə işıq üzü görüb. Bunun yerinə o, fəaliyyətini ictimai fəal kimi davam etdirir: ətraf mühiti qoruyur və heyvan hüquqlarının qorunması uğrunda mübarizə aparır. Bundan əlavə, aktrisa veqan reseptlərinin yer aldığı pəhriz haqda kitab yazıb.

Vanilla Ays  

90-cı illərdəki böyük uğurdan sonra reper müxtəlif üsullarla populyarlığını geri qaytarmaq istəyib. O, həmin şöhrəti qazanmağa müvəffəq ola bilməyib, amma, deyəsən, özünə yeni iş tapıb: Vanilla ev təmiri ilə məşğul olan şəxsi layihəsinə start verib.

Dilan Spraus

Spraus əkizləri hələ uşaq ikən məşhurlaşıb, amma sonrakı illərdə onların hərəsi özünə bir yol seçib. Koul kinoda karyera qurduğu vaxtda, Dilan özünə yetərincə qeyri-adi biznes qurub. O, bal bişirilən müəssisəyə rəhbərlik edir.

Cina Devis

Bu aktrisa 90-cı illərin əsas kino ulduzlarından biri olub. Zaman ötdükcə Devisin karyerası tənəzzülə uğrayıb və o, ictimai fəal olmaq qərarına gəlib. Qadın gender bərabərliyi uğrunda mübarizə aparır və KİV-də gender məsələləri üzrə İnstitutunun əsasını qoyub.

Heyden Kristensen

Yaraşıqlı aktyor “Ulduz müharibələri”ndəki oyunundan sonra məşhurlaşıb. Amma hədsiz populyarlıq Heydeni tez darıxdırıb və o, filmlərdə nadir hallarda görünür. 2007-ci ildə ferma alan Kristen orada vaxt keçirməyi və mal-qara yetişdirməyi sevir.

Şelli Düval

“Parıltı”dan sonra aktrisa uzun müddət öz psixi sağlamlığını bərpa edib və onun karyerası sürətlə tənəzzülə uğrayıb. 2002-ci ildə Düval təqaüdə çıxdığını açıqlayıb və ictimaiyyətin gözündən itməyi üstün tutub. 

Stiven Siqal

Ekranların super qəhrəmanı Stiven real həyatda ehtiyatda olan şerifin ofisində rəis müavini işləyib, bir neçə əməliyyatda iştirak edib və indiyədək ehtiyatda olan polis əməkdaşıdır.

Məryəm Üzərli

Türkiyənin ən məşhur aktrisalarından biri karyerası boyu ilk dəfə fasilə edib. Şəxsi həyatında olan problemlər, reklam kampaniyasının çəkilişlərinin ləğvi və işdəki uğursuzluqlar Məryəmi çox üzüb. O, istirahət etmək və balaca qızına daha çox vaxt ayırmaq qərarına gəlib. 

H.M. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi