“Ulduz müharibələri”nin aktyoru koronavirusdan öldü

ulduz-muharibelerinin-aktyoru-koronavirusdan-oldu
Oxunma sayı: 1886

Martın 31-də britaniyalı aktyor Endrü Cek koronavirusdan dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “Metro” nəşri yazıb.

Nəşrin məlumatına görə, artist London yaxınlığında yerləşən hospitalda vəfat edib.

Qeyd edək ki, Cek “Ulduz müharibələri”nin yeddinci və səkkizinci epizodlarında mayor Saluan Emattın rolunu oynayıb. Bundan əlavə, aktyor “Səhnə danışığı” fənnindən dərs deyib. Onun Robert Dauni, Keyt Blanşet, Pirs Brosnan və s. məşhur tələbələri var.