Ulduz oyunçuya şok cəza - 4 illik futboldan uzaqlaşdırıldı

ulduz-oyuncuya-sok-ceza
Oxunma sayı: 2913

“Yuventus”un ulduz futbolçusu Pol Poqba 4 illik diskvalifikasiya olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, fransalı yarımmüdafiəçi dopinqə görə bu cəzaya məruz qalıb. Poqbanın qanında həddindən artıq yüksək faizdə testosteron aşkarlanıb.

Qeyd edək ki, Poqba 2022-ci ilin yayından “Yuventus”da çıxış edir.