Ulduz yaradan qara dəlik aşkar edilib

ulduz-yaradan-qara-delik-askar-edilib
Oxunma sayı: 1815

Massaçusets Texnoloji İnstitutunun mütəxəssisləri ilk dəfə ulduz yaradan qara dəlik aşkar ediblər.

Qafqazinfo” “technote”yə istinadən xəbər verir ki, aşkar edilmiş qara dəliyin Yer kürəsindən 5.7 milyard işıq ili uzaqlığında olan qalaktikalar toplusunda yerləşdiyi bildirilib.

Həmin toplu 1000-dən çox qalaktikaya sahibdir. Onlardan ən kütləlisi isə mərkəzdə yerləşir. Qalaktikalar toplusu hər il 1000-ə yaxın yeni ulduz yaradır. Bu göstərici çox böyükdür və alimlər uzun müddət bunun səbəbini açıqlaya bilməyiblər.

Alimlər müəyyən ediblər ki, qara dəlik, ulduzların yaranması üçün əlverişli olan böyük miqdarda qaz ifraz edir. Qaz axını, böyük qabarcıqlar yaradır. Bundan sonra isə seyrəkləşmiş mühitdə soyuq qaz yaranır. Nəticədə həmin soyuq qazlardan yeni ulduzların yaranması üçün əsas material əmələ gəlir.

Sözügedən qara dəliyin fotosu, bir neçə teleskop vasitəsilə əldə edilib. Fotoda əks olunan göy rəng, qaz qabarcıqlarını, qırmızı rəng isə ulduzların yaranması üçün əlverişli materialını əks etdirir. Beləliklə qara dəliklərin, yeni ulduz yaradılışı üçün əlverişli material istehsalı tamamilə sübut olunub.

Qeyd edək ki, bu vaxta qədər qara dəliklərin yalnız ulduzları udmaq ilə məşğul olduğu bilinirdi.

qara dəlik