Ulduzlar onun yaşaması üçün bir araya gələcək

ulduzlar-onun-yasamasi-ucun-bir-araya-gelecek
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, "Möcüzələr Realdır" adlı xeyriyyə gecəsindən yığılan vəsaitin bir qismi 7 saylı uşaq evində yaşayan 15 yaşlı Rzazadə Vüsalənin əməliyyatı və müalicəsi üçün, digəri isə Buzovna qəsəbəsində yerləşən "Ginnes" adına sümük-vərəm dispanserində yaşayan uşaqların ehtiyaclarına sərf ediləcək.

Ehtiyacı olan körpələrə yardım etmək üçün xalq artistləri Nisə Qasımova, Flora Kərimova, müğənnilər Samira, Elnur, Samir Cavadzadə ,Gökhan Erol, Sevda Yahyayeva, Azad Şabanov, Seyran (Next qrupu), Toni, Günay İbrahimli, Aygün İsmayilova, Roza Zergərli, Əbdül Xalid, Elvin Abdullayev, Çingiz Mustafayev, Elyanə, Kənan Əzimov və Baku in Motion qrupu dəstək olacaqlar.

Qeyd edək ki, biletlərin qiyməti adi - 10 AZN , VİP - 20 AZN-dir.

Nigar Məmmədli