“Ulduzlara qarşı hər zaman oynaya bilmirik” - Millimizin üzvü

ulduzlara-qarsi-her-zaman-oynaya-bilmirik
Oxunma sayı: 725

Millimizin və “Aue”nin futbolçusu Dmitri Nazarov açıqlama verib.
 
Qafqazinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, martın 26-da DÇ-2018-in seçmə mərhələsində Almaniya – Almaniya matçında (1:4) Bundestimin qapısına yol tapan 26 yaşlı oyunçu yerli “Aue” klubunun fan-şop mağazasının qonağı olub. Gənc oyunçular və komandanın fanatları ilə görüşən milli üzvü Almaniyaya qol vurduğu oyundan da danışıb:
 
“Bu, mənim karyeram üçün dəyərli bir an idi. Tomas Müller kimi futbolçulara, ulduzlara qaşrı hər zaman oynamaq fürsətimiz olmur”.
 
Nazarov II Bundesliqada “Sant Pauli”yə qarşı keçirəcəkləri matç barəsində də danışıb:
 
“Oyuna ciddi hazırlaşırıq. Qələbə vacibdi. İtirəcək heç nəyimiz yoxdu. Autsayderlərdən uzaqlaşmaq üçün qalib gəlməliyik. Son oyunda millinin heyətində yaxşı çıxış etdim. Həmin uğuru “Aue”də də davam etdirmək istəyirəm”.