Ötən gün dünyanın yaşıl meydanlarından bir sıra maraqlı matçlar keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu matçlarda baxımlı qollar vurulub.
Xüsusən Braziliyanın “Santos” klubunda çıxış edən Neymar və “Real”ın yarımmüdafiəçisi Luka Modriçin vurduğu qollar diqqət mərkəzində olub.
Neymar “İnter Limeyra” ilə keçirilən matçda künc zərbəsindən topu birbaşa qapıya göndərib.
Luka Modriç isə “Jirona” ilə qarşılaşmada gözəl zərbə ilə fərqlənib.
Digər maraqlı anlar isə “Mançester Siti” - “Liverpul” matçında yaşanıb. Belə ki, qonaqlar oyunda künc zərbəsini maraqlı şəkildə yerinə yetirib və Məhəmməd Salahın qolu ilə hesabı açıblar.
Son xəbərlər
Son Xəbərlər