“Qafqazinfo”nun verdiyi xəbərə görə, hüquqşünas Ələsgər Məmmədli bu olayı hüquqi müstəvidə şərh edib: “Hamlet İsaxanlı məlum hadisənin qurbanı olan qadının onun qızı olmadığını, sadəcə qızının bu qardaşları qorumaq üçün fədakarlıq etdiyini əsaslandırmağa çalışıb.
Hətta, Ülkərin “dostlarını" qorumaq məqsədi ilə məhkəmə ifadəsində həmin şəxsin özü olduğunu bəyan etdiyini bildirir. Əslində bununla da iki ciddi hüquq pozuntusunun baş verməsini bütün cəmiyyətə bəyan edir.
1. Qızı Ülkərin əsil zərərçəkənin (əgər doğrudursa, Katyanın) əvəzindən özünü zərərçəkmiş şəxs kimi təqdim edərək, zərərçəkənin hüquqlarını mənimsəyir.
2. Cinayət Məcəlləsinin 297-ci maddəsində bu hərəkətinin "Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə"- maddəsi ilə cinayət əməli kimi tövsüb edildiyini bilmədən, qızının zərərçəkən kürsüsündən, cinayətkar kürsüsünə transferinə səbəbkar olur.
Diqqətimi çəkən digər bir məqam isə videonun yayılmasının hüquq pozuntusu kimi təqdim edilməsidir. Halbuki, bunu çəkənin və ya yayanın kimliyindən asılı olmayaraq, hüquq pozuntusunun yayılması heç bir halda özəl həyata müdaxilə kimi təqdim edilə bilməz.
Həmçinin, videonun küçələrə nəzarət edən ictimai asayişi gözətləyən kameralardan birinə aid olduğu çox aydın görünür”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər