“Ulu Göyçə” ordumuza dəstək üçün 100 min manat köçürdü

ulu-goyce-ordumuza-destek-ucun-100-min-manat-kocurdu
Oxunma sayı: 3873

Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərən ən iri şirkətlərlərdən biri olan “Ulu Göyçə” Məhdud Məsuliyyətli Müəssisəsi ölkəmizin ərazi bütövülüyü uğrunda gedən döyüşlərdə Şanlı Ordumuzun qələbələrinə dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl də müəssisə tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat yardım etmişdir.

Məlumat üçün qeyd edək ki, fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli 755 nömrəli fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir. Fondun əsas maliyyə mənbəyi isə hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitlərdir.

Ölkəmizin iri tikinti şirkətlərindən biri olaraq “Ulu Göyçə” MMM sosial məsuliyyət layihələri çərçivəsində bu cür tədbirləri bundan sonra da davam etdirəcək.