“Ulu öndər Heydər Əliyevin irsi və müasir Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

ulu-onder-heyder-eliyevin-irsi-ve-muasir-azerbaycan-movzusunda-elmi-konfrans-kecirilib
Oxunma sayı: 1005

Naftalan Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi və Müasir Azərbaycan” adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Veteranlar Şurasının üzvü, yazıçı, əfsanəvi 91-lərdən olan, Respublikanın ”Əməkdar jurnalisti” Tahir Məmmədov, tarix elmləri doktoru, professor, Respublikanın “Əməkdar elm xadimi” Solmaz Rüstəmova - Tohidi, hüquq- mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının rəhbəri, Ağsaqqallar Şurasının sədri, şəhərin idarə, təşkilat və müəssisə rəhbərləri iştirak edib.

Konfransı açıq elan edən ŞİH başçısı “Heydər Əliyev siyasətinin təntənəsi:Tarixi Zəfərimiz” mövzusunda çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, qeyri-adi zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş fenomen tarixi şəxsiyyətdir.

Konfransda YAP sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Konfrans iştirakçıları, Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən foto və video materiallarla  tanış olublar. Daha sonra vətənpərvərlik mövzusuna çəkilmiş rəsm işləri və Ulu öndər haqqında kitablardan ibarət sərgiyə baxış keçirilib.